Landşaft dİzaynı



Landşaft dizaynı — canlı və cansız təbiətin komponentlərinin köməyi ilə unikal təbii kompleksləri yaratmağa icazə verən valehedici sənətdir. Onun əsas ideyası insanı əhatə edən məkanda harmoniyanın və gözəlliyin qurulmasıdır. Bu dizaynın köməyi ilə gözəlliyin, rahatlığın və sadəliyin bir arada cəmləşdiyi təbiətin kiçik bir hissəsini yaratmaq mümkündür.
Landşaft dizaynının yaradılması xüsusi bir əməkdir, çünki hər məkan unikal və fərqlidir. Memarlarımız ərazinin xüsusiyyətlərini və müştərinin arzularını nəzərə alaraq ən sadə və eyni zamanda ən mürəkkəb üslublu layihələri yerinə yetirirlər. Layihənin dəyəri isə dəyişiləcək məkanın ölçülərindən, istifadə ediləcək üslubdan asılı olaraq dəyişir.
Aşağıda dünyaca məşhur bir neçə landşaft üslubu haqqında məlumatla tanış ola bilərsiniz.

foto

Fransız üslubu

Fransız üslubu öz simmetriyası ilə seçilir, kompozisiyanın (ağacların və kolların düzülüşləri) aydın olması mühüm amillərdən hesab olunur. Üslubun özünəməxsus cəhəti ciddi həndəsi formalar və düz xətlərdən istifadə edilməsidir. Səliqəli kəsilmiş ağaclar və kollar, düz yollar, gölməçələr və fəvvarələr də öz həndəsi formaları ilə fərqlənirlər.
foto

İngİlİs üslubu

İngilis üslubu digərlərindən öz təbiiliyi ilə fərqlənir. Burada bütün elementlər təbii mənzərəyə uyğunlaşmalıdır və demək olar ki, dəqiq həndəsi formalardan (simmetriyadan) istifadə olunmur. Üslub üçün göllər, hamar biçilmiş yaşıl qazonlar, kollar və ağaclar (kölgəli rahat guşələr), həmçinin su bitkilərindən də istifadə tipikdir.
foto

Yapon üslubu

Yapon üslubu üçün daşlar və onların səliqəli düzülüşü əsasdır, çünki burada daşlar yalnızca dekorativ element kimi deyil, həm də dərin bir məna daşıyan element çıxış edirlər. Belə üsluba böyük miqdarda daşlardan istifadə, alçaqboylu bitkilər, gölməçələr, əyri yollar tipikdir.
foto

Modern üslub

Modern üslubda sadəliyə önəm verilir. Bu landşaft üslubu hamar və səliqəli cizgilərə əsaslanan estetik və nəfis bir üslubdur. Burada əsas diqqət bitkilərə deyil, kiçik arxitektura strukturlarına ayrılır. Ağaclar, kollar və güllər isə dekor kimi istifadə olunur.