Yaşıl dİvar





Yaşıl divar — məkanların yaşıllaşdırılmasının müasir metodudur. Bu sistem daxili və ya xarici divara şaquli şəkildə bərkidilmiş qablarda yetişdirilən bitkilərdən ibarətdir. Buraya bitkilər, torpaq, suvarma və drenaj sistemi daxildir. Şaquli yaşıllaşdırmadan binaların dekorativ görüntüsünü yaxşılaşdırmaqla yanaşı, həmçinin ərazini səs-küydən, küləkdən, tozdan və temperatur dəyişkənliyindən qorumaq üçün də istifadə olunur.

foto

Yaşıl divar yerləşdiyi məkanlarda daha mülayim mikroiqlim yaradır və havanın keyfiyyətini yaxşılaşdırır. Bu sistem vasitəsilə, normal bitki örtüyü yetişdirməyə imkan olmayan yerlərdə müxtəlif növ bitkilərin yaşaması üçün şərait yaranır. Qeyd etmək lazımdır ki, yaşıl divarın qurulması zamanı (əsasən də daxili yaşıl divar) lazımi işıq verilməsi mühüm bir amildir.
foto

Düzgün quraşdırılmış yaşıl divar sistemi seçilmiş bitki növləri üçün əlverişli şərait yaratmaqla həm dizayn və həm də funksional məqsədləri yerinə yetirməyə imkan verir. Layihənin dəyəri yaşıllaşdırılacaq ərazinin ölçüsündən və istifadə olunacaq bitki növlərindən asılı olaraq dəyişir.

*Başlanğıc qiymət – bir kvadrat metr üçün 400 AZN. Əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.