Bİtkİlərə qulluq








BİZ FƏRQLİYİK

Statistikaya görə, təxminən ofis bitkilərinin 30%-i alındıqdan sonrakı iki ay ərzində dekorativliyini itirir və bir ildən sonra 70%-dən çoxu məhv olurlar. Bundan əlavə, baxımsız və xəstə bitkilər insanların ilk olaraq emosional və sonra fiziki durumuna mənfi təsir göstərir.
Yalnız peşəkar qulluq bitkilərin uzun müddət yaşamasına kömək edir. Peşəkar qulluq - yalnızca suvarmadan ibarət deyil, bundan daha mürəkkəb bir prosesdir. “Beetkee” sizə bitkilərinizin sağlamlığının və dekorativ görünüşünün qorunmasına zəmanət verir.
Bitkilərə qulluq proqrami çərçivəsində bitkiçilərimiz bir sıra öhdəlikləri yerinə yetirirlər.


Bitkilərin növündən
və yerləşdikləri mühitdən
asılı olaraq onların müntəzəm olaraq suvarılması

 


Peşəkar kəsim
sayəsində bitkilərin dekorativ görünüşünün
saxlanılması

 


Xüsusi vasitələrin
köməyi ilə bitkinin və
onun yarpaqlarının təmizlənməsi

 


Bitkilərin tez və
sağlam inkişafı üçün mikrobioloji preparatlardan
istifadə ilə torpağın
gübrələnməsi

 


Zərərvericilərə və
xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi

 


Bizdən asılı olan
səbəblərə görə dekorativ
görünüşünü itirmiş bitkilərin yenisi ilə əvəz edilməsi

 

*Başlanğıc qiymət - Sadə paket (ayda bir dəfə) : bir bitki üçün aylıq 5 AZN (minimum 10 bitki), Tam paket zəmanətlə (həftədə bir dəfə): bir bitki üçün aylıq 20 AZN (minimum 5 bitki). Əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.