Bİtkİlər




Aydındır ki, insanların əksəriyyəti vaxtlarının çox hissəsini qapalı məkanlarda, evdə və yaxud da ofisdə keçirirlər. Buna görə də, belə yerlərdə havanın yüksək standardlara cavab verməsi vacibdir.

Bununla əlaqədar NASA 1989-cu ildə, hansı ev bitkilərin havada olan zəhərli və çirkləndirici maddələri daha effektiv təmizləməsi barədə Clean Air Study adlı bir araşdırma apardı. Aşağıda həmin maddələrin xüsusiyyətləri və bizim bitkilərimizin hansı zərərli maddələrə qarşı effektiv olduğu göstərilib.

Trichloroethylene


Kartric, boya, lak, yapışqanlarda və boya təmizləyicilərində tapılır. Baş gicəllənmə, baş ağrısı, ürək bulantı, yüksək dozada olduqda isə komaya səbəb ola bilir.

Formaldehyde


Kağız çantalarda, salfetlərdə və sintetik parçalarda tapılır. Burun, ağız və boğaz qıcıqlanmasına, yüksək dozada olduqda qırtlaq və ağciyər şişməsinə səbəb ola bilir.

Benzene


Plastik, rezin, saç boyaları, yuyucu vasitələrin istehsalında istifadə olunur, həmçinin siqaret və maşınların tüstüsündə də tapılır. Ürək döyüntüsünün qalxması, baş gicəllənmə, baş ağrısı və bəzi hallarda huşsuzluğa səbəb ola bilir.

Xylene


Dəri, boya, rezin məhsullarında, siqaret və maşın tüstüsündə tapılır. Ürək, qaraciyər və böyrəkdə problemlərə, yüksək dozada olduqda isə komaya səbəb ola bilir.

Ammonia


Şüşə və döşəmə təmizləyicilərində, kimyəvi gübrələrdə tapılır. Gözdə qıcıqlanma, ösgürək və boğaz ağrısına səbəb ola bilir.

* Başlanğıc qiymət - masaüstü bitkilər 29 AZN, döşəməüstü bitkilər 89 AZN. Əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.